Vanidə Gigi Uqulavanın seçki banerinə zərər verilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyi istintaq aparır
Vanidə Gigi Uqulavanın seçki banerinə zərər verilmə faktı ilə bağlı Daxili İşlər Nazirliyi istintaq aparır.
Gigi Uqulavanın seçki banerində namizədin başı kəsilib-çıxardılıb.
Hadisə haqqında polisə bugün səhər bildirildi.
“Avropa Gürcüstanı”-nın namizədi Gigi Uqulavanın zərər verilən banerinin yanında kriminalistlər işləyirlər.
Vani və Xoni seçki məntəqələrində bugün aralıq parlament seçkiləri keçirilir.
Vətəndaşlar majoritar seçki məntəqələrində parlamentə Vani və Xoninin majoritar deputatlarını seçirlər.
Aralıq seçkilərinin keçirilməsi zərurəti, “Gürcü Arzusunun” Vani və Xoni majoritar deputatı Qriqol Leluaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin edilməsindən sonra yarandı.
Qeyd olunan rayonlarda 48 123 seçici qeydiyyatdan keçib.
Seçkidə iştirak edən namizədlər bunlardır:
2. “Bakradze, Uqulava – Avropa Gürcüstanı – Giorgi Uqulava
17. “Gürcüstan” – Giorgi Leluaşvili
21. “Ənənəçilər” – Zurab Kartvelişvili
23. “Yeni Xristian-demokratlar”– Mamuka Tuskadze
41. “Gürcü Arzusu – demokratik Gürcüstan” – Givi Çiçinadze
42. Təşəbbüs qrupu (Sopio Meşveliani, Şorena Cuxradze, Vaja Kopaliani, Tamar Kuxalaşvili, Marina Çaqunava) – Vasil Kopaliani.