Vake Parkında keçirilən “Ədalət siyasətçilərsiz bərpa olunsun” aksiyasına Xorava küçəsində qətlə yetirilən yeniyetmənin atası, Zaza Saralidze getdi.
Bu barədə Birinci Kanalın jurnalisti aksiyadan məlumat verir.
“Mən gördüm ki, mənim uşağımın dostları burada dururlar. Mənim həmişə uşağımın dostlarının durduğu yerdə duracam. Məni heçkim səhvə sala bilməz. İstənilən berketdən istifadə edəcəm ki, bu sistem dağılsın və ədalət bərpa olunsun”, – Zaza Saralidze bəyan etdi.
Aksiya Xorava küçəsində qətlə yetirilən – Levan Dadunaşvili və David Saralidzenin ailələrinə həmrəylik əlaməti olaraq, gənclərin təşəbbüsü ilə keçirilir.
Təşkilatçılar bəyan edirlər ki, yalnız cinayətkarların deyil, həmçinin onlara himayədarlıq edənlərin də cəzalandırılmasını tələb edirlər.
Elə onların dediyinə görə, Rustaveli prospektində keçirilən aksiyaya onlar qatılmayacaqlar, çünki hesab edirlər ki, siyasətçilər ailənin faciəsini, özlərinə xal qazanmaq üşün istifadə edirlər.