Vahid Milli İmtahanların keçirilməsi cədvəli məlumdur.
Dəyərləndirmə və Milli İmtahanlar Mərkəzi tərəfindən yayılan məlumata əsasən, gürcü dili və ədəbiyyatında imtahanlar 6-11 iyulda keçiriləcək.
6-11 iyul (birinci sessiya) – gürcü dili və ədəbiyyatı; 6 iyul (birinci sessiya) – osetin dili; 12 iyul (birinci və ikinci sessiya) – Tarix; 13 iyul (birinci və ikinci sessiya) – Tarix; 14 iyul (birinci sessiya) – Riyaziyyat; 15 iyul (birinci sessiya) – Riyaziyyat; 16 iyul (birinci sessiya) – Biologiya; 17 iyul (birinci sessiya) – Rus dili; 17 iyul (birinci və ikinci sessiya) – İngilis dili; 17 iyul (ikinci sessiya) – Fransız dili; 18 iyul (birinci sessiya) – Rus dili; 18 iyul (birinci və ikinci sessiya) – İngilis dili; 19 iyul (birinci sessiya) – Alman dili; 19 iyul (birinci və ikinci sessiya) – İngilis dili; 20 iyul (birinci və ikinci sessiya) – ümumi bacarıqlar; 21 iyul (birinci sessiya) – ümumi bacarıqlar; 21 iyul (birinci sessiya) – Ədəbiyyat; 22 iyul (birinci sessiya) – Fizika; 22 iyul (birinci sessiya) – Təsviri və tətbiqi sənət; 23 iyul (birinci sessiya) – Coğrafiya; 24 iyul (birinci sessiya) – Kimya; 25 iyul (birinci sessiya) – Vətəndaş təhsili.
2020-ci ilin imtahanları 6 iyuldan başalacaq və 25 iyulda başa çatacaq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rekomendasiyalarının müdafiəsi ilə keçiriləcək.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rekomendasiyalarına müvafiq olaraq, imtahan verənlərin və müşahidəçilərin biraxılması yalnız imtahan sahəsinin 50 faizinə yol veriləcək. Bu il, imtahan mərkəzinin hər bir sahəsinə yalnız 10 abituriyent buraxılacaq. Hər bir iş masanın ön trəfəfinə şəffaf baryer quraşdırılacaq. Masalar arası məsafə eninə iki metr, uzunluğuna isə, bir metr olacaq.
Abituriyentlər imtahan mərkəzilərinə daxil olarkən termoskrininqdən keçəcəklər.