Vağzal meydanında, keçid körpüsünün ərazisində yanğın baş verib

19:10, 02.11.2026

Vağzal meydanında, piyada keçidi körpüsünün ərazisində yanğın baş verib.

Yanğın mağazalardan birində başlayıb.

Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib ki, hadisə yerinə yanğınsöndürən-xilasedici briqadalar cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hazırda hadisə ilə bağlı digər təfərrüatlar məlum deyil.

Keçid körpüsünün ərazisində baş verən yanğını əks etdirən video sosial şəbəkədə yayılıb.

Oxşar