Uşaq bağçalarının qida ilə təmin etmə tenderində "NİL" şirkəti qalib gəldi
Uşaq bağçalarının qida ilə təmin etmə tenderində qalıb olaraq “NİL” şirkəti bəyan edildi, – bu barədə Tbilisi merinin müavini, İrakli Bendeliani bəyan etdi.
Onun dediyinə görə, buna qədər həmin şirkətlə, tenderin yekun nəticəsinə qədər, uşaqların qidasız qalmamaı üçün bir aylıq müqavilə imzalanmışdı.
“Dünən uşaq bağçlarının qida ilə təmin etmə barəsində son iclasımız var idi və təsdiq edirəm ki, qalıb olaraq “NİL” şirkəti bəyan edildi. Şirkət tərəfindən gələcəkdə qüsurların edilməsinə gəldikdə, biz hərgünlük monitorinqi həyata keçirəcəyik. Qüsurun qeydə alınması təqdirində, sözsüz ki, adekvat münasibət bildiriləcəkdir. Meriya tərəfindən elan olunan tenderin hamısı açıq və şəffaf olduöuna və rəqabətə maksimal şəraitlərin yaratdığımıza görə, Meriya tərəfindən hansısa bir şirkətə tenderde iştirak etməsinə qadağa qoyula bilməzdi”,- İrakli Bendeliani bəyan etdi.