Ukraynanın Oleşki şəhərində atəşkəs razılaşmasının müddəti başa çatıb, şəhərdən 500-dən çox insan təxliyə edilib

14:23, 02.11.2026

Ukraynanın Oleşki şəhərində atəşkəs razılaşmasının müddəti başa çatıb. Atəşkəs rejimi qüvvədə olduğu müddətdə şəhərdən 500-dən çox insan təxliyə edilib.

Onlar Rusiya ərazisinə aparılıb, oradan isə Belarusa yola düşüblər. Daha sonra Ukraynaya qayıdıblar. Şəhərdə qalan əhaliyə humanitar yardım çatdırılıb.

Medianın məlumatına görə, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri əldə olunmuş ən uzunmüddətli atəşkəs razılaşması olub.

Oleşki şəhərində atəşkəs barədə razılaşma ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi və Roma Papasının iştirakı ilə əldə olunub.

Oxşar