Ukraynanın Gürcüstandakı səfiri - Gürcüstana dəstəkləyici mövqeyinə görə minnətdarlığımı bildirirəm
Kerç körfəzində baş verən hadisələri, Rusiyanın aqresiyası və Qara Dənizdə aqressiv hərəkətlərinin genişləndirilməsi cəhdləri kimi dəyərləndiririk, – bu barədə Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüş başlayana qədər jurnalistlərə bəyan etdi.
“Gürcüstana bu cür dəstəkləyici mövqeyinə görə minnətdarlığımı bildirirəm. Xarici İşlər naziri David Zalkaliani ilə görüşümə şadam.
Qara Dəniz həmişə bizi ümumi narahat edən mövzudur. Dünən müşahidə etdiyimiz açıq-aşkar aqressiyadır və gözləyirik ki, BMT Təhlükəsizlik Şurası bu gün bu məsələni müzakirə edəcək. Rusiya tərəfindən üç gəmi və 23 nəfər yaxalanıb. Lakin onlar yalnız 3 nəfərin yaxalanmasını təsdiqləyirlər. Bizim məlumatımıza görə, 23 dənizçidən üçü yaralıdır.
Biz, Kerç körfəzində baş verən hadisələri, Rusiyanın aqresiyası və Qara Dənizdə aqressiv hərəkətlərinin genişləndirilməsi cəhdləri kimi dəyərləndiririk”, – İqor Dolqov bəyan etdi.
Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.
Ukrayna Milli Təhlükəsizlik Şurası 60 günlük müharibə vəziyyətinin elan edilməsi təşəbbüsünü irəli sürdü. Ukrayna prezidenti, Petro Poroşenko təşəbbüsü dəstəklədi.