Ukrayna Prokurorluğu - Oliqarx Kurçenko və Mixeil Saakaşvili arasında vasitəçi Severion Danqadze idi
Ukrayna Prokurorluğu - Oliqarx Kurçenko və Mixeil Saakaşvili arasında vasitəçi Severion Danqadze idi

Ukrayna baş prokurorunun, Yuri Lutsenkonun bəyan etdiyinə görə, yaxalanmış Mixeil Saakaşvili və Rusiyaya qaçmış ukraynalı Sergey Kurçenko arasında vasitəçi, Saakaşviliyə yaxın olan şəxs, Severion Danqadze idi.

Bu haqqda Lutsenko az öncə keçirilmiş fövqəladə mətbuat konfransında bəyan etdi.

Onun dediyinə görə, Sergey Kurçenko Saakaşvilinin komanda üzvlərinə 500 min dollar verdi.

Lutsenkonun mətbuat konfransında bəyan etdiyinə görə, məbləğin təxminən yarısı Danqadzedən çıxarılıbdır.

“Saakaşviliyə yaxın olan şəxs, Severion Danqadze, Saakaşvili ilə razılaşdıraraq, Moskvada gizlənən Kurçenkoya müraciət etdi və ona mütəşəkkil cinayatkar qruplaşmasının üzvlərinin maraqlarının müqabilində, Saakaşvilinin fəaliyyətinin maliyyələşdirilməsini təklif etdi. Biz rus tərəfindən təxminən yarım milyon dolların qəbulunu qeydə aldıq. Məbləğin təxminən yarısı Danqadzedən çıxarılıbdır”, – Ukrayna baş prokuroru bəyan etdi.

Bununla yanaşı, Yuri Lutsenko audioyazını yaydı. orada da, prokurorun sübut etdiyinə görə, Mixeil Saakaşvili, onun komandasının üzvləri, həmçinin Kurçenkonun etibarlı şəxsi, Ukraynada qarmaqarşıqlığını planlaşdırıdılar.