Ukrayna prezidentinin müşaviri - Gürcüstanda yaxalanlar arasında Ukraynalı deputat Semyon Semençenko da var idi, o, diplomatik qalmaqala düşdü
Ukrayna prezidentinin müşaviri - Gürcüstanda yaxalanlar arasında Ukraynalı deputat Semyon Semençenko da var idi, o, diplomatik qalmaqala düşdü

Ukrayna prezidentinin müşaviri, Yuri Birukovun məlumatına görə, Gürcüstanda yaxalanlar arasında Ukraynalı deputat və “Donbas” batalyonunun başçısı Semyon Semençenko da var idi.

“Mənim müxtəlif əlaqələrim var. Onlar təsdiq edirlər ki, Semençenko Tbilisidədir, diplomatik qalmaqala düşüb, öz xalqını qoyub qaçıb.

Sabah isə, Gürcüstan Xarici İşlər Nazirliyi bizim diplomatları çağıracaq. Axı, Semençenko Tbilisidə rəsmi sənədlərlə, Ukrayna hakimiyyətinin nümayəndəsi statusi ilə idi”, – Poroşenkonun müşaviri feysbuk səhifəsində yazır.

Ona qədər, Ukraynalı jurnalist Adrey Dzindza yazırdı ki, Semençenko yaxalanmaqdan diplomatik passport vasitəsi il boyun qaçırdı.

“Mənim mənbəm təsdiq edir ki, Semençenko qaçdı və oz xalqını orada qoydu. Həmin mənbə həmçinin deyir ki, Uraynalıları gürcü xüsusi təyinatlılar tərəfindən təyin edilmiş silahı alarkən yaxaladılar”, – jurnalist yazır.

Semençeko bu məlumata artıq əks səda verdi. Sosial şəbəkəsi vasitəsi ilə yaydığı məlumatda o, Tbilisidə yaxalanması faktını inkar edir, lakin bəyan edir ki, Tbilisidədir və Ukrayna vətəndaşlarına hüquqlarının müdafiəsində yardım edir.