Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın Samara vilayətində “Transneft” obyektində yanğın baş verib

17:25, 02.11.2026

Noyabrın 2-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Samara vilayətinə genişmiqyaslı hava hücumu həyata keçirib. “Deutsche Welle” mənbələrə istinadən məlumat yayıb.

“Astra” nəşrinin araşdırdığı şahid foto və videolarına əsasən, hücumun hədəfi “Transneft” şirkətinin “Samara” neft nəqli və dispetçer stansiyası olub.

Obyektə zərbə endirilməsi barədə Ukraynanın monitorinq kanalı Exilenova+ da məlumat yayıb. Hücum nəticəsində stansiyanın ərazisində genişmiqyaslı yanğın baş verib.

Samara vilayətinin qubernatoru bölgəyə pilotsuz uçuş aparatları ilə hücum edildiyini təsdiqləsə də, konkret obyektə zərbə endirilməsi ilə bağlı şərh verməyib.

“Deutsche Welle”nin məlumatına görə, “Samara” stansiyası Rusiyanın neft nəqli və paylanması üzrə ən böyük mərkəzlərindən biridir. O, “Transneft” şirkətinə məxsusdur.

Son bir ay ərzində stansiyaya hücum artıq beşinci dəfədir ki, həyata keçirilir. Əvvəlki hücumlar oktyabrın 2-də, 7-də, 10-da və 11-də qeydə alınıb. Dörd halda da obyektin ərazisində yanğın baş verib.

Oxşar