Ukrayna baş naziri Giorgi Qaxariyanı baş nazir vəzifəsinə yenidən təyin olunduğunu təbrik etdi
Ukrayna baş naziri, Denis Şmiqal Giorgi Qaxariyanı baş nazir vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik etdi.
İki ölkə baş naziri arasında telefon söhbəti bu gün baş tutdu.
Denis Şmiqal Giorgi Qaxariya uğurlar arzuladı və əmin olduğunu ifadə etdi ki, iki ölkə arasında mövcud olan partnyorluq daha da dərinləşdiriləcək.
Söhbət zamanı Gürcüstan və Ukrayna arasında mövcud olan dost əlaqələrinə və müxtəlif sahələrdə uğurlu əməkdaşlığa diqqət yetirildi.
Baş nazirlər qeyd etdilər ki, Gürcüstan və Ukraynanın ümumi Avropa cəhdləri mövcuddur. Sülh və sabitliyin əhəmiyyətinə xüsusi diqqət yetirildi.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.