UEFA-nın prezidenti baş nazir İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edir
UEFA-nın prezidenti baş nazir İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edir

 
UEFA-nın prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Avro 2024 çempionatında iştirak etmək üçün Almaniyaya dəvət edir. Bu haqda məlumatı Hökumət Administrasiyası yayır.

Aleksander Çeferinin rəsmi məktubunda qeyd olunub ki, İrakli Kobaxidzenin Gürcüstanın keçirdiyi oyunlarda iştirak etməsi turnirin “Futbolda birlik. Avropanın Qəlbində Birlik” devizində əksini tapan bu dəyərlərə sadiqliyinin təsdiqi olacaq.

“Zati-aliləri, sizi UEFA adından UEFA-nın VIP proqramı çərçivəsində Avro 2024 çempionatına dəvət etmək imkanımın olması mənim üçün olduqca sevindirici haldır. Kişilər arasında Avropa çempionu olacaq 17-ci komandanı müəyyən edəcək turnir iyunun 14-dən iyulun 14-dək ev sahibi 10 şəhərdə keçiriləcək. Avropanın hər yerindən oyunlara futbolsevərlər qatılacaq. UEFA-nın Avropa Çempionatı hər zaman adi çempionatdan daha çox şey mənasına gəlir– bu, yüksək səviyyəli, komanda oyunu və futbolun birləşdirici gücünün bayramıdır. Gürcüstanın keçirdiyi oyunlarda iştirakınız turnirin “Futbolda birlik. Avropanın Qəlbində Birlik” devizində əksini tapan bu dəyərlərə
sadiq olduğunuzun və bizim ortaq inamımızın təsdiqi olacaq. Sizə Almaniyada ev sahibliyi etmək imkanını səbirsizliklə gözləyirəm. Bu tarixi hadisənin birlikdə şahidi olacağımıza ümid edirəm”- UEFA-nın prezidentinin rəsmi dəvətində deyilir.