Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41-ə qədər artdı
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41-ə qədər artdı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41-ə qədər artdı. Türkiyə Səhiyyə naziri, Farhettin Koçanın bəyan etdiyinə görə, xəsarət alan 86 insandan 18 nəfəri xəstəxanada intensiv müalicə kursunu keçir.

Fılakət nəticəsində ümumilikdə 1 607 insan xəsarət aldı, buradan 1 516 nəfəri artıq xəstəxanadan evə buraxdılar. Bina və evlərin uçuntuları altından xilasedicilər 45 insanı xilas etdilər.

Türkiyənin Elağız vilayətində 6.8 bal gücündə zəlzələ yanvarın 24-də baş verdi. Zəlzələ təkanları Gürcüstanda da hiss olunurdu.

Zəlzələdən sonra Türkiyə Seysmologiya Xidməti 950-ə qədər yeraltı təkanı qeydə aldı.