Türkiyə prezidenti sabah Rusiyaya gedəcək. Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə Soçidə görüşəcək. Məlumatı Kremldə təsdiq etdilər.
Danışıqların əsas mövzusu Suriya münaqişəsinin tənzimlənməsi prosesi və başqa aktiv məsələlər olacaq.
Xatırladaq ki, buna qədər Rusiya və Suriya aviasiyası, Suriyanın İdlib əyalətini bir neçə dəfə bombaladı. Türkiyə prezidenti bu addıma qarşı çıxdı.