Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğan və Mixeil Ğavelaşvilinin söhbəti haqqında məlumat yayır
Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğan və Mixeil Ğavelaşvilinin söhbəti haqqında məlumat yayır

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcü həmkarı Mixeil Ğavelaşvili ilə telefonla danışıb. Bu haqda məlumatı Türkiyə Respublikası Prezident Administrasiyası yayır.

“Prezident Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə telefonla danışıb. Telefon danışığı Gürcüstanda qəzaya uğrayan hərbi nəqliyyat təyyarəmizlə bağlı son vaxtlar inkişaf edən hadisələr və cari istintaqla bağlı olub. Prezident Ərdoğan gürcü həmkarına cari işlərdə əməkdaşlığa görə təşəkkür edib. Gürcüstan Prezidenti Ğavelaşvili Prezident Ərdoğana başsağlığı verib” – Türkiyə Respublikası Prezident Administrasiyası “Facebook” sosial şəbəkəsində yazır.

Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometrdə türk hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə Azərbaycan-Türkiyə istiqamətində reys yerinə yetirirdi. Faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır, bu isə insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydasının pozulması deməkdir.

“Saqaeronavigatsia”da bildiriblər ki, Türkiyənin “C-130” tipli hava gəmisi Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən radarlardan yoxa çıxıb, bundan sonra da axtarış-xilasetmə işləri başlayıb.

Türkiyə Müdafiə Nazirliyində qəzaya uğrayan türk təyyarəsinin göyərtəsində 20 hərbçinin olduğunu bildiriblər. Türkiyə hərbi yük təyyarəsinin qəzası ilə əlaqədar olaraq Gürcüstana Fövqəladə Hallar Agentliyinin xilasetmə qruplarını göndərir.

Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi yük təyyarəsinin qara qutusunun tapıldığını bildirib. https://1tv.ge/lang/az/news/rejeb-tayyib-%c9%99rdogan-teyyaremizin-gara-gutusu-tapilib-ve-istintag-basladilib-gurjustan-hakimiyyeti-prosesde-maksimum-komek-ve-emekdasligi-temin-edir/