Türkiyə, kürd döyüşçülərinin Afrin ərazilərindəki mövqelərini artilleriya qurğularından bombaladı
Afrin əməliyyatına qatılan Azad Suriya Ordusu döyüşçüləri ilk kəndin PYD-nin əlindən alındığını bəyan edib.
“Sabaha” Türkiyə mətbuatının verdiyi xəbərə görə Şinkal kəndi Azad Suriya Ordusu döyüşçüləri tərəfindən PYD-nin əlindən alınıb.
Səhər saatlarından əməliyyata başlayan türk ordusu da Gülbaba istiqamətində hərəkət edir. Türk ordusu bu ana qədər Afrinin türkiyə istiqamətinə baxan hissəsində Kürt dağı bölgəsindən 5 km yol irəliləyib.
Əməliyyat haqqında məlumat verən türkiyənin baş naziri Binəli Yıldırım bu ana qədər yaralı bir əsgərin olmadığını vurğulayıb. Hazırda Türkiyə ordusu ikinci bir əməliyyat üçün hazırlıqlar görür.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsinə başlayan əməliyyata “Zeytun budağı əməliyyatı” adını verib.