Türkiyə BMT-də Qüdsün statusunun dəyişməz olaraq qalması səsverməsi nəticəsini alqışlayır
Türkiyə BMT-də Qüdsün statusunun dəyişməz olaraq qalması səsverməsi nəticəsini alqışlayır. Ölkənin xarici işlər naziri, Mevlut Çavuşoğlunun dediyinə görə, BMT-nün üzv ölkələri bu qərar ilə sübut etdilər ki, “ləyaqət və suverenitet satılmır”.
Twitter-də yaydığı bəyanatda türk naziri yazır ki, Türkiyə, Fələstin və başqa həmmüəlliflər BMT-nin baş assamleyasında ABŞ-a qarşı hazırlanmış qətnaməni dəstəkləyən hər bir ölkəyə təşəkkürünü bildirir.
Baş assamleyasında keçirilən səsvermədə qətnaməni 128 üzv ölkə dəstəklədi, 9 qaşı çıxdı və 35 səsvermədən boyun qaçırdı.