Toçinoşinə fəxri Odzeka titulu verildi
Toçinoşinə fəxri Odzeka titulu verildi

Gürcü sumoçusu olan Toçinoşinə (Levan Qorqadzeyə) Odzeka titulu verildi.

Qorqadze belə bir titul alan üçüncü Avropalı və birinci gürcüdür.

Odzekanın verilməsinin rəsmi mərasimində sumoçunun özü və onun təlimçisi Kasuqani iştirak edirdilər.

Keçən həftə başa çatan turnirdə Toçinoşin 15-dən 13 döyüşdə qalib oldu və üç turnirdə 37 qələbə sahibi oldu, titulunun yüksəlməsi üçün isə, 33 qələbə də kifayət idi.

Odzeka titulunun sahibi Avropalılardan Bulqaristanlı Kotooşu və Estoniyalı Barutodur.