Tinatin Berdzenişvili - Ola bilməz ki, biz kiminsə, özü də balaca televizyaların əlindən nəsə alaq
Biz reytinqin artırılmasına, liderliyə və bazarın ən güclü oyunçularından biri olmağa çalışırıq, – bu barədə İctimai Yayımçı Mediya və Komunikasiya blokunun direktoru, Tinatin Berdzenişvili Gürcüstan prezidenti administrasiyasında, prezident və İctimai Yayımçının İcraçı Şurasının üzvləri arasında görüş başa çatdıqdan sonra bəyan etdi.
Elə onun dediyinə görə, İctimai Yayımçının olduğu öhdəlikləri kommersiya televizyalarının yoxudur, qanuna ediləcək dəyişikliklər isə məhz elə bu funksiyaların düzgün və ardıcıl olaraq yerinə yetirilməsinə xidmət göstərir.
“İctimai Yayımçının olduğu öhdəlikləri kommersiya televizyalarının yoxudur, İctimai Yayımçı bu öhdəlikləri necə və ya heç yerinə yetirmir, bu başqa məsələdir. Qanuna ediləcək dəyişikliklər isə məhz elə bu funksiyaların düzgün və ardıcıl olaraq yerinə yetirilməsinə xidmət göstərir. Mümkün deyil ki, biz kiminsə, özü də balaca televizyaların əlindən nəsə alaq. Biz reytinqin artırılmasına, liderliyə və bazarın ən güclü oyunçularından biri olmağa çalışırıq”,- Berdzenişvili bəyan etdi.
Elə onun dediyinə görə, 2015-ci ilə qədər İctimai Yayımçının reklamı var idi və bu 2 milyondan artıq deyil.
“2015-ci ilə qədər İctimai Yayımçının reklamı var idi və biz rəqəmlərdə görə bilərik ki, kim nəyi əldən alırdı. Bu 2 milyondan artıq deyildi, lakin vaxt gələcək ki, İctimai Yayımçı mediya bordda lider olacaq və bu məbləğ daha da artacaq. Lakin necə ola bilər ki, iki faiz bazarda dağılma əmələ gətirsin, bu bir az qeyri məntiqlidir.
Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti administrasiyasında, prezident və İctimai Yayımçının İcraçı Şurasının üzvləri arasında görüş bir saat bundan əvvəl başaşatdı.
Buna qədər prezident administrasiyasında mediya və QHT bölməsinin nümayəndələri ilə görüş keçirildi.
“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.