Tinatin Berdzenişvili gender bərabərliyi məsələləri ilə bağlı Avropa Şurasının nümayəndələri ilə görüşdü
Bu gün Birinci Kanal və Avropa Şurasının nümayəndələri arasında gender bərabərliyi ilə bağlı görüş keçirildi.
Gürcüstanın Birinci Kanalının baş direktorunun birinci müavini Tinatin Berdzenişvili və Avropa Şurası Tbilisi ofisinin nümayəndəsi və həmçinin, gender bərabərliyi bölməsinin müşaviri Sara Haapalainen, qeyd olunan sahədə mövcud olan problemlər müzakirə etdilər.
Sara Haapalainenin Gürcüstandaki fəaliyyətinin və səfərinin məqsədi qadınlara qarşı zorakılıq və ailə zorakılığına qarşı mübarizənin və prevensiyası zərurəti ilə bağlı tədqiqatdır.
Xatırladaq ki, Gürcüstanın Birinci Kanalının baş direktorunun Birinci müavini Tinatin Berdzenişvili Avropanın yayımçılar İttifaqının gender məsələləri qrupunun rəhbəridir.