Tinatin Berdzenişvili - Birinci Kanala hücumlar çox artdı və təəcüblənmirəm də, bu ölkədə azad televiziyanı heç vaxt sevməyiblər
Jurnalistlərimdən siyasətçilər əvəzinə mən üzr istəyirəm, – bu barədə İctimai Yayımçının baş direktoru, Tinatin Berdzenişvili sosial şəbəkədə yazdı.
Tinatin Berdzenişvili “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Qiqi Uqulavanın Gürcüstanın Birinci Kanalının jurnalistinə hücumuna əks səda verdi.
“Birinci Kanala hücumlar çox artdı və təəcüblənmirəm də, bu ölkədə azad televiziyanı heç vaxt sevməyiblər. Jurnalistlərimdən siyasətçilər əvəzinə mən üzr istəyirəm. Bu günki hədə isə, inanın mənə, yalnız kanalın arxivi kimi qalmayacaq”, – Berdzenişvili “feysbukda” yazır.