Tengiz Sersvadze - hələ elə bir vaksin çıxmayıb ki, heç bir yan təsiri olmasın
Hələ elə bir vaksin çıxmayıb ki, heç bir yan təsiri olmasın, – Avstriya, Estoniya, Litva, Latviya və Lüksemburq tərəfindən “astrazeneka” vaksinin istifadəsini dayandırması barəsində jurnalistin sualına Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bu cür cavab verdi.
Sersvadzenin dediyinə görə, bənzər mənfi dalğa “fayzer” vaksini barəsində də var idi.
“Məlumat ki, sanki yaşlılarda “astrazeneka” immuniteti təmin edə bilmirdi, düzgün çıxmadı. Həmin vaxt sadəcə olaraq tədqiqat aparılmamışdı. Çətinləşmələrin ayrıca hallarına gəldikdə, bu barədə məlumat həmişə var. Məsələn “fayzerin” vaksinasiyasına başlayanda, 23 insan Norveçdə vəfat etdi və ölüm halları başqa ölkələrdə də qeydə alındı. Mənfi dalğa “fayzer” vaksini barəsində də var idi. Lakin sonra tədqiqat göstərdi ki, bu insanların ölümünə səbəb vaksin olmayıb.
Yan təsirlərinin mümkün olması barəsində siqnal gələn ölkələrin nəticələrini gözləyək, təsdiq olunacaq ya yox. Hər halda, hələ elə bir vaksin çıxmayıb ki, heç bir yan təsiri olmasın”, – Sersvadze bəyan etdi.
Avstriya, Estoniya, Litva, Latviya və Lüksemburq tərəfindən “astrazeneka” vaksinin istifadəsini dayandır.