Təcili tibbi yardım xidmətinin əməkdaşları və kənd həkiminin maaşı bu gündən 100 lari ilə artır
Rəmzidir ki, mən bu gün sizinlə birlikdəyəm və imkanım var şəxsən sizə deyəm ki, təcili tibbi yardım xidmətinin əməkdaşları və kənd həkiminin maaşı bu gündən 100 lari ilə artır, – bu barədə Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikarade Senakidə təcili tibbi yardım xidmətinin həkimləri ilə görüşü zamanı bəyan etdi.
“Onu da demək istəyirəm ki, bu gündən 70 və ondan yuxarı yaşı olan şəxslərin pensiyası 30 lari ilə artır. Həmçinin, iyulun birindən MİM şəxslərin və uşaqların sosial zərfi əlavə 30 lari ilə artırılır”, – Tikaradze bəyan etdi.
Səhiyyə naziri, Ekaterine Tikaradze Martvilidə, Senaki və Xobidə təcili tibbi yardım xidmətinin rayon binalarını açdı və həkimlər ilə görüş keçirdi.