Tədqiqat təşkilatının məlumatına görə, prezident seçkilərində Marin Le Pen səslərin 34-36 faizini, ifrat solçu Jan-Luk Melanşon isə 18-19 faizini qazanacaq

14:33, 09.11.2026

Toluna Harris Interactive tədqiqat təşkilatının dərc etdiyi nəticələrə əsasən, 2027-ci il prezident seçkilərində ifrat sağçı Marin Le Pen səslərin 34-36 faizini qazana bilər. İkinci yeri isə səslərin 18-19 faizini toplayacağı proqnozlaşdırılan ifrat solçu Jan-Luk Melanşona vəd edirlər. Bu nəticə ona seçkilərin ikinci turuna keçmək imkanı verəcək.

“Reuters” agentliyi Toluna Harris Interactive-in sorğusuna istinadən yazır ki, prezident seçkilərinin ikinci turunda Marin Le Pen əsas rəqibi Jan-Luk Melanşonu asanlıqla məğlub edəcək.

Qeyd edək ki, Marin Le Pen 2017 və 2022-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib və hər iki dəfə ikinci turda məğlub olub. Jan-Luk Melanşon isə 2012, 2017 və 2022-ci illərdə prezident seçkilərində iştirak etsə də, heç birində ikinci tura keçmək üçün tələb olunan səs sayını toplaya bilməyib.

Məlumat üçün bildirək ki, Toluna Harris Interactive tədqiqatı noyabrın 3-dən 5-dək keçirib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də keçiriləcək.

Oxşar