Dzyudo üzrə Tbilisinin Qran-Prisi başa çatdı və triumfatoru Gürcüstan yığması oldu. Kişilər arasında gürcü idmançıları 5 qızıl, 3 gümüş və 5 bürünc medal qazandılar. Buna qadınlar arasında bir bürünc medal əlavə olundu. Medalı Mariyam Çanturiya qandı və Gürcüstan yığması 14 medal əldə etdi.
Prestijli turnirin çempionları Luxum Çxvimiani, Vaja Marqvelashvili, Laşa Şavdatuaşvili, Tamaz Kirakozaşvili və Quram Tuşişvilidir, gümüş medalı Giorgi Papunaşvili, Pridon Qiqan və Amiran Papinaşvili, bürüncü isə Laşa Çaduneli, Temur Nozadze, Nugzar Tatalaşvili, Onise Sanebelidze, Levan Matiashvili və Mariyam Çanturiya qazandılar.