Tbilisinin 4 uşaq bağçasının uşaqlarını 11 bağçaya bölüşdürdülər
Tbilisinin 4 uşaq bağçasının uşaqlarını 11 bağçaya bölüşdürdülər

Tbilisinin N19, N84, N125 və N64 uşaq bağçasının uşaqlarını 11 bağçaya bölüşdürdülər.

Uşaq Bağçalarının İdarəsi agentliyinin məlumatına görə, qəzalı vəziyyətinə görə bağlanmış 4 uşaq bağçasının uşaqlarının bölüşdürülməsi prossesi demək olar ki, başa çatıb və sabahdan tərbiyə prossesi bir əngəl olmadan bərpa olunacaq.

 

Agentlikdən bəyan edirlər ki, qeyd olunan 4 uşaq bağçasının hər bir qrupu qorunub saxlanılıbdır və nə də tərbiyyəçilər dəyişməyəcəkdir. Həmçinin validenylərin arzuları nəzərə alınacaqdır. Onlar istəsələr uşaqlarını başqa yerə keçirə bilərlər.

Tbilisinin N19, N84 və N125 uşaq bağçası yanvarın 25-də, Levan Samxarauli adına ekspertizanın nəticəsnə əsasən bağlandı. Buna səbəb binaların qəzalı durumu idi. Yanvarın 26-da daha bir uşaq bağçası bağlandı.