Tbilisidə yaşayan vətəndaşlar, kənd təsərrüfatı təyinatlı fəaliyyət məqsədi ilə, 29 apreldən icazə ilə şəhərdən saat 06:00-08:00-a qədər çıxa və 18:00-19:00-ə qədər qayıda bilərlər
Tbilisidə yaşayan vətəndaşlar, kənd təsərrüfatı təyinatlı fəaliyyət məqsədi ilə, 29 apreldən Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazə ilə şəhərdən saat 06:00-08:00-a qədər çıxa və 18:00-19:00-ə qədər qayıda bilərlər, – bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin məlumatına görə, icazənin alınması forması Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin – www.mepa.gov.ge vebsəhifəsində yerləşdiriləcək.
İdarənin məlumatında qeyd olunub ki, vətəndaş qeyd olunan formanı/ərizəni şəhərdən çıxana qədər, 12 saat əvvəl doldurmalıdır.