levan Davitaşvili - üzərində işləyirik ki, əhali üçün çörəyin çatdırılması və qiyməti sabit olsun
levan Davitaşvili - üzərində işləyirik ki, əhali üçün çörəyin çatdırılması və qiyməti sabit olsun

Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili çörək məhsullarının iri istehsalçıları, çörək pişirənlər və un istehsalçıları assosiyasiyalarının sədrləri ilə görüşdü.

“Nazirlikdə müntəzəm olarfaq görüşlər keçiririk və üzərində işləyirik ki, əhali üçün çörəyin çatdırılması və qiyməti sabit olsun. Bu elə məsələdir ki, hamımız bunun qayğısına qalmalıyıq”, – Levan Davitaşvili bəyan etdi.

Görüş iştirakçıları, mövcud durumdan irəli gələrək, biznes sahəsi tərəfindən məsuliyyətli qərarların qəbul edilməsi vacibliyindən söhbət etdilər və qeyd etdilər ki, sosial istiqamət və bazarda sabitliyin qorunub saxlanılması onlar üçün çox əhəmiyyətlidir.

Görüşdə Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Giorgi Xanişvili və müvafiq departamentlərin nümayəndələri iştirak edirdilər.