Tbilisidə təyyarələrin hissələrini istehsal edən zavod açıldı (foto)
Gürcüstanda təyyarələrin hissələrini istehsal edən ATC (Aero-Structure Technologies Cyclone) zavodu açıldı.
Zavodun açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət, parlament, yerli hökumət nümayəndələri, diplomatik korpusun və işgüzar dairələr, eləcə də İsrail hökumətinin nümayəndələri iştirak edirdilər.
Açılış mərasimi çərçivəsində Giorgi Kvirikaşvili iştirakçılara nitqlə müraciət etdi. İştirakçılara nitqlə həmçinin “Partnyorluq Fondunun” icraçı direktoru David Saqanelidze müraciət etdi.
“Partnyorluq Fondu” və Elbit Cyclone İsrail şirkətinin birgə zavodu ilk məhsulunu 2019-cu ilin əvvəlində buraxacaq.
Gürcüstanda istehsal olunmuş məhsulunun istifadəçiləri “Boing” “Bombardier” və “Airbus” olacaq. Zavodda hazırlanan mhsulun 100 faizi eksporta orientirləşdirilmiş olacaq.
“Partnyorluq Fondu” və Elbit Cyclone İsrail şirkətinin birgə layihəsinin sərmayə dəqəyi 93 milyon ABŞ dolarıdır. Hazırda şirkətdə 80-ə qədər əməkdaş işlə təmin olunub.