Tbilisidə payızda altı yeniləşdirilmiş uşaq bağçası açılacaq. Bununla yanaşı, mərhələ şəklində, təmir işləri aparıldığı daha üç uşaq bağçası istismara veriləcək.
Gürcüstanın Birinci Kanalına paytaxtın Uşaq Bağçaları İdarəsi Agentliyindən bəyan etdiklərinə görə, bağçaların qəzalı binalarına möhkəmləndirmə-rekontruksiya edilir.
Tbilisinin N4, N170, N200, N100, N126, N150, N144, N55 və N2 uşaq bağçalarının qəzalı vəziyyətdə olması nəticəsinin Samxarauli Ekspertizası çıxardı.
Cari işləri Uşaq Bağçaları İdarəsi Agentliyinin rəhbəri, Kaxaber Qvantseladze gözdən keçirdi.
Onun dediyinə görə, iki bina, daha dəqiq olaraq 4 və 55 saylı uşaq bağçasının binası, mədəni irs abidəsidir və onların rekonstruksiyası daha uzunmüddətli olacaq.