Tbilisidə bu gün Gürcüstan, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək
Tbilisidə sabah Gürcüstan, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək.
Qeyd olunan görüş üç tərəfli formatda səkkizinci ministerial çərçivəsində keçirilir.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər üç tərəfli əməkdaşlığın gündəmində olan müxtəlif məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət üç ölkənin nəqliyyat və energetika sahəsindəki əməkdaşlığına yetiriləcək.
Ministerial çərçivəsində Xarici İşlər Nazirlərinin birgə bəyanatları imzalanacaq.
Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlərinin Tbilisiyə səfəri çərçivəsində, həmçinin, Gürcüstanın icraçı və qanunverici iqtidar nümayəndələri ilə də görüşlər keçiriləcək.