Gürcüstan bu gün Avropa Şurası idman ministerialına ev sahibliyi edəcək.
Tədbiri Gürcüstanın baş naziri, Mamuka Baxtadze açacaq.
Ministerial çərçivəsində Avropa Şurasının baş katibinin müavini Qabriela Bataini-Draqoni Tbilisidədir.
Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ministerial çərçivəsində Tbilisidə həmçinin Avropa Şurası üzv ölkələrinin idmana məsul yüksək vəzifəli şəxslər qonaqdılar.
Tədbir çərçivəsində Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Ministerial çərçivəsində iki qətnamə qəbul olunacaq:
• idman sahəsində korrupsiyaya qarşı mübarizə
• insan haqqlarının idman sahəsində müdafiəsi.
Tədbir Avropa Şurası, EPAS və Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Avropa Şurası idman ministerialı – 2018 Gürcüstan müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunur.