Tbilisi Nəqliyyat Şirkəti – “Azadlıq meydanı” metro stansiyasında eskalatorda aparılacaq texniki işlərlə əlaqədar sərnişinlərə təxminən 30 dəqiqə ərzində xidmət göstərilməyəcək

16:52, 16.11.2026

“Azadlıq meydanı” metro stansiyası çıxış istiqamətində hərəkət edən sərnişinlərə müvəqqəti xidmət göstərə bilməyəcək. Bu barədə Tbilisi Nəqliyyat Şirkətinin bəyanatında qeyd olunub.

Şirkətin məlumatına görə, texniki işlər başa çatdıqdan dərhal sonra stansiya fəaliyyətini adi qaydada davam etdirəcək.

“Çıxış istiqamətində hərəkət edən eskalatorda texniki işlərin aparılmasına ehtiyac yaranıb. İşlər təxminən 30 dəqiqə davam edəcək. Stansiyaya daxil olan sərnişinlər metro xidmətindən adi qaydada istifadə edə biləcəklər. İşlər başa çatdıqdan dərhal sonra stansiya fəaliyyətini adi qaydada davam etdirəcək. Yaranmış narahatlığa görə Tbilisi Nəqliyyat Şirkəti olaraq üzr istəyirik”, – deyə şirkətin məlumatında bildirilib.

Oxşar