Tbilisi meriyası "Xruşovka" evlərini əvəz edən layihənin həyata keçirilməsinə başlayır
Tbilisi meriyası "Xruşovka" evlərini əvəz edən layihənin həyata keçirilməsinə başlayır

Tbilisi Meriyası “Xruşovka” evlərini əvəz edən layihənin həyata keçirilməsinə başlayır.

Tbilisinin meri Kaxa Kaladzenin bugünki hökümət iclasında bəyan etdiyinə görə, meriya Verketilinin üçüncü massivində yerləşən 30 205 kvadrat metrlik yer sahəsində yaşayış kompleksinin inşaat layihəsi üçün maraqlanan tərəflərə müraciət edir.

“Seçki kampaniyamda demişdim ki, “Xruşovka” evlərini əvəz edən yeni layihə həyata keçirəcəm və buna bir çox insan skeptik baxırdı. Halbuki, imkan verilən kimi, mənim üçün əhəmiyyətli olan layihə ilə məşğil olmaq istəyirəm” – dedi paytaxtın meri.

Onun dediyinə görə, maraqlanan tərəf qeyd olunan layihəyi Tbilisi meriyası tərəfindən təsdiqlənən plana müvafiq şəkildə həyata keçirəcək və munisipalitetə müəyyən sayda binalar verəcək.

“Bu mərhələdə Varketilinin 3-cü və 6-cı kvartallarındaki dör qəza vəziyyətindəki korpusların tam şəkildə əvəz edilməsindən söz gedir” – dedi Kaladze və qeyd etdi ki, həmin evlərin sakinləri ilə danışıqlar aparılacaq.

“Hal-hazırda 170 ailədən söz edilir və onların müasir Avropa standartlarına müvafiq evlərdə yaşamaq imkanları ola bilər” – dedi Kaladze.