Tamar Çuqoşvili - ictimaiyyətin hüququ var ki, Mamuka Xazaradzenin söhbət etdiyi məktubu görsün
Gürcüstan Parlamenti sədrinin birinci müavini, Tamar Çuqoşvili hesab edir ki, ictimaiyyətin hüququ var ki, Mamuka Xazaradzenin söhbət etdiyi məktubu görsün.
“Dünən Parlament tribunasından ciddi ittihamlar eşidildi. İlk növbədə çox önəmlidir ki, söhbətin hansı məktubdan getdiyini bilək. Həqiqətən ciddi ittihamdır. Prokurorluğun bəyanatında isə, başqa şey yazılıb. Buna görə, məktubu aydınlaşdırmaq lazımdır. İttihamların müəlliflərini bu məktubu göstərmələrinə çağırardım. İctimaiyyətin hüququ var ki, Mamuka Xazaradzenin söhbət etdiyi məktubu görsün”, – Tamar Çuqoşvili bəyan etdi.
Elə onun dediyinə görə, real olaraq, nə mktubudur, nə zaman yazılıb, üumiyytlə mövcuddurmu, mövcud deyilmi, kim yazıb və s. məlum deyil.
“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. Mamuka Xazaradzenin bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi. Onun dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.