Tailandın Phuket adasında ticarət obyektində baş verən yanğın nəticəsində 11 nəfər həlak olub, 16 nəfər yaralanıb
Tailandın cənubunda, kurort adası Phuketdə ticarət obyektində yanğın baş verib. Nəticədə 11 nəfər həlak olub, 16 nəfər yaralanıb.
“Reuters” agentliyinin məlumatına görə, yanğın avtomobillərin icarəyə verildiyi binada başlayıb. Daha sonra alov yaxınlıqdakı bir neçə binaya yayılıb.
Tailand hakimiyyətinin məlumatına görə, yanğın təxminən saat 03:17-də başlayıb və yanğınsöndürənlər yanğını iki saata söndürüblər.
Məlum olduğu kimi, yaralananlardan 15-i Tailand vətəndaşıdır, biri isə Myanma vətəndaşıdır. Polisin məlumatına görə, həlak olanlar və yaralananlar arasında turistlər yoxdur. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.