Suriyada hökumət ordusunun hərbi təyyarəsi vuruldu. Suriya mətbuatının verdiyi məlumata görə, təyyarə qəzası nəticəsində pilot həlak oldu. Hadisə hamas əyalətində baş verdi.
“Hərbi təyyarə, fəlakətə Hamas yaxınlığında uğradı. Təyyarəni terrorçular vurdular” – SANA tərəfindən yayılmış məlumatda deyilir.
Al Masdar nəşrinin yaydığı məlumata görə, pilotu döyüşçülər sağ ələ keçirdilər, sonda isə öldürdülər. Hücumu hansı terror təşkilatının törətdiyi hələlil məlum deyil.