Suriya məsələləri üzrə BMT-nin xüsusi nümayəndəsi Stefan De Mistura vəzifəsini tərk edir
Suriya məsələləri üzrə BMT-nin xüsusi nümayəndəsi Stefan De Mistura vəzifəsini tərk edir

Suriya məsələləri üzrə BMT-nin xüsusi nümayəndəsi Stefan De Mistura, noyabrın sonunda vəzifəsini tərk edir.

2014-cü ildə BMT-nin xüsusi nümayəndəsi olan diplomat, BMT-nin Təhlükəsizlik Şurasına bəyan etdi ki, vəzifəsini “şəxsi səbələrə” görə tərk edir.

De Misturanın dediyinə görə, Suriya konstitusiya komitəsində razılığa nail olunması üçün əlindən gələni əsirgəməyəcək.

Komitənin formalaşdırılması ilə bağlı, BMT-nin xüsusi nümayəndəsi gələn həftə Dəməşqə səfər edəcək.