Strasburq Məhkəməsi 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarının fərdi şikayətini təmin etdi
Avropa İnsan Haqqları Məhkəməsi 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarının fərdi şikayətini təmin etdi.
Məhkəmənin qərarı ilə, 2006-cı ildə inzibati qayda ilə yaxalanan və deportasiya edilən Gürcüstan vətəndaşlarına Rusiya, təzminat şəklində 2000-dən 15 000-dək avro ödəməlidir. Qərarı hakimlər yekdilliklə qəbul etdilər.
Avropa İnsan Haqqları Məhkəməsi 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarına təzminatın təyin edilməsini bu gün müzakirə etdi. Söhbət fərdi şikayətlərdən gedir.
“Məhkəmə müəyyənləşdirdi ki, Rusiya 19 sikayət edənə qarşı, Avropa konvensiyasının müxtəlif maddələrini pozdu”, – Məhkəmənin qərarında deyilir.
Məhkəmə açıqlayır ki, təzminatın ödənilməsi barəsində qərar təxirə salındı və Böyük Palatanın qərarını gözlədi.
“Böyük Palata tızminatlar barəsində qərarı 2019-cu ilin yanvarında verdi və müəyyənləşdirdi ki, 10 milyon avro şikayət edənlər arasında bölüşdürülməlidir”, – Avropa İnsan Haqqları Məhkəməsi tərəfindən yayılan bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Rusiya təzminatı qarşıdakı Gürcüstan vətəndaşlarına ödəməlidir: Eka Çxaidze, David Caoshvili, Vaja Berdzenişvili, Abram Givişvili, Tato Norakidze, Tengiz Kbilaşvili, İrina Çoxelli, David Latsabidze, İrina Kalandiya, Kaxa Tsixistavi, Xatuna Dzadzamiya, İnqa Giqaşvili, Lia Dzadzamiya, Liana Naçkebia, Levan Kobaidze və Koba Kobaidze.