Sozar Subari - Nenskra çayı yenə aşıbdır, lakin təhlükənin 90 faizi aradan götürülüb
Çuberi kəndində, fəlakət zaonasında olan Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin, onların məskunlaşdırılması və qaçqınlar naziri Sozar Subari bəyan edir ki, təhlükənin 90 faizi aradan götürülüb.
Sozar Subarinin Birinci Kanala bildirdiyinə görə, onlar vertalyotla bütün dərəni gözdən keçirdilər və təhlükə geridədir, lakin Nenskra çayı yenə də aşıbdır.
“Mən burada böyümüşəm, bütün həyatımı burada keçirmişəm, Nenskra çayını bu cür görməmişəm. Əhalini təhlükə hədələmir”, – Sozar Subari bəyan etdi.
Elə onun dediyinə görə, altı adam dağda qalıb. Lakin onları təhlükə hədələmir.
Yağışlara görə, Çuberi kəndində dağın hissəsinin çökməsi, Nenskra çayının daşmasına səbəb oldu. Çuberi kəndi və bir neçə qəsəbə ətraf mühitdən təcrid olunub.