Sozar Subari iqtidar administrasiyasında regionlar istiqamətinə rəhbərlik edəcək
Baş nazir Mamuka Baxtadze Sozar Subariyi iqtidar administrasiyasında regional idarənin rəhbəri olaraq, təqdim etdi.
“İnfrastruktura nazirliyindən regional komponent ayrılacaq və Gürcüstan iqtidarına köçürüləcək, hansına ki, Sozar Subari rəhbərlik edəcək” – dedi Mamuka Baxtadze bugün keçirdiyi brifinqdə.
Sozar Subari iqtidarda yeni struktur dəyişikliklərindən sonra, regionların inkişafı məsələləri üzrə baş nazirin müşaviri olaraq işləyirdi, ona qədər isə, 2014-cü ildən işğal edilmiş ərazilərdən məcburi köçkünlər məsələləri üzrə dövlət naziri idi.
2012-ci ildə “Gürcü Arzusunun” iqtidara gəlməsindən sonra, Probasiya və Cəzaicrası Naziri vəzifəsinə təyin edildi.
2004-2009-cu illərdə isə, Gürcüstanın xalq müdafiyəçisi idi.