Sinoptiklərin proqnozuna görə, noyabrın 20-dən 23-dək Gürcüstanda yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə isə qar və çovğun ehtimalı var

15:22, 20.11.2026

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda noyabrın 20-dən 23-dək gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Sinoptiklərin proqnozuna görə, Qərbi Gürcüstanda noyabrın 20-si günün sonundan 23-dək, Şərqi Gürcüstanda isə noyabrın 21-i günün sonundan 22-si günün ikinci yarısınadək yağıntı gözlənilir. Yağıntı vaxtaşırı intensiv olacaq.

Şimşək çaxması, dolu düşməsi, küləyin güclənməsi, noyabrın 22-də yüksək dağlıq ərazilərin bəzi yerlərində güclü qar yağması, çovğun və duman, dənizdə isə 4-5 ballıq fırtına mümkündür.

Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağətəyi və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər və yaşayış məntəqələrində isə ayrı-ayrı ərazilərin su altında qalmasına səbəb ola bilər. Yüksək dağlıq ərazilərdə güclü qar, çovğun və görmə məsafəsinin pisləşməsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Oxşar