Sinoptiklərin məlumatına görə, Gürcüstanda iyunun 17-18-də yağış və dolu gözlənilir
İyunun 17-18-də vaxtaşırı güclü yağış və dolu, küləyin müvəqqəti güclənməsi gözlənilir, – bu barədə məumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Milli Agentliyi yayır.
Havanın temperaturu Qərbi Gürcüstanda, gecə +16,+21 dərəcə, gündüz +27,+32 dərəcə istini təşkil edəcək. Şərqi Gürcüstanda gecə +15,+20 dərəcə, gündüz +30,+35 dərəcəni təşkil edəcək.
“Tbilisidə iyunun 16-da gecə qısamüddətli yağış, gecə saatlarında hava istiliyi +23, +25 dərəcə olacaq. İyunun 17-18-də gecə və günün ikinci yarısında qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gecə 21 dərəcə isti, gündüz 34 dərəcə isti olacaq.
Telavidə iyunun 16-da gecə qısamüddətli yağış, gecə saatlarında hava istiliyi +25, +27 dərəcə olacaq. İyunun 17-18-də qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gecə +16, +18 dərəcə isti, gündüz +29, +36 dərəcə isti olacaq.
Batumidə iyunun 16-da gecə saatlarında hava istiliyi +22, +24 dərəcə olacaq. Havanın temperaturu gecə +20, +22 dərəcə isti, gündüz +27, +29 dərəcə isti olacaq.
Kutaisidə iyunun 16-da gecə saatlarında hava istiliyi +20, +22 dərəcə olacaq. Günün ikinci yarısından qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gecə +17, +18 dərəcə isti, gündüz +29, +31 dərəcə isti olacaq.
Zuqdididə iyunun 16-da gecə saatlarında hava istiliyi +19,+21 dərəcə olacaq. İyunun 17-18-də qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gecə +17, +19 dərəcə isti, gündüz +28, +30 dərəcə isti olacaq”, – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Milli Agentliyinin məlumatında qeyd olunur.