Sinoptiklər bu gün bir az yağış, sabahdan isə, havanın yaxşılaşmasını proqnozlaşdırırlar
Gürcüstanın bütün ərazisində hava temperaturu sabahdan artacaq. Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, bu gün paytaxtda bir az yağışın və sis-dumanın qeydı alınması mümkündür.
“17 fevralda qərbi Gürcüstanda yağışsız hava gözlənilir. Hava temperaturu 8-13 dərəcə çərçivəsində olacaq. Şərqi Gürcüstanda bəzi yerlərdə kiçik qarın və sis-dumanın qeydə alınması mümkündür. Paytaxt da bir az yağışın və sis-dumanın qeydı alınması mümkündür. Şərqi Gürcüstanda, ötən gecəyə nisbətən temperatur azalacaq və aranda 2-7 dərəcə güman edilir”, – sinoptik Maya Kaadze bəyan etdi.
Elə onun məlumatına görə, 18 fevralda havalar artıq yaxşılaşacaq. 19 fevraldan isə, qərbi, eləcə də şərqi Gürcüstanda hava temperaturu artacaq.