Serj Sarqsiyanı Ermənistanın baş naziri vəzifəsinə təqdim etdilər
Serj Sarqsiyanı Ermənistanın baş naziri vəzifəsinə təqdim etdilər

Ermənistanda keçirilən etiraz aksiyalarına baxmayaraq, Ermənistanın keçmiş prezidenti, Serj Sarqsiyanı Ermənistanın baş naziri vəzifəsinə təqdim etdilər. Ermənistanın hakim partiyasının parlament fraksiyası iclası az öncə başa çatdı.

“Sabah biz baş nazir seçkilərini keçirəcəyik, Sarqsiyan isə baş nazir vəzifəsinə seçiləcək. Etiraz aksiyalarına gəldikdə, ümid edirik ki, müxalifət qanun çərçivəsindən çıxmayacaq”, – Ermənistanın hakim partiyasının sədri bəyan etdi.

Baramiyan prospektində müxalifətin çoxsaylı etiraz aksiyası davam edir. Nümayişçilər Serj Sarqsiyanın baş nazir vəzifəsinə seçilməsinə etiraz edirlər. Paralel olaraq Yerevan mərkəzində nəqliyyat hərəkatı paralizə olub.