Serqo Çixladze - mandatlar götürüləcək ya yox, bununla müxalifət və "Strategiya Ağmaşenebelinin" planları dəyişmir
İstənilər ssenari təqdirində, mandatlar götürüləcək ya yox, bununla müxalifət və “Strategiya Ağmaşenebelinin” planları dəyişmir və bu barədə ötən həftə açıq məktubda da bəyan etdik, – bu barədə “Strategiya Ağmaşenebelinin” üzvü, Serqo Çixladze bəyan etdi.
Onun dediyinə görə, müxalifətin gündəmi dəyişməz olaraq qalır.
“Mənim siyasi məqsədlərim və planlarım üçün bunun əhəmiyyəti olmayacaq, müxalifətin gündəmi eynidir, seçicilərlə işlərimizi, eləcə də bizim beynəlxalq partnyorlarımızla əlaqələrimizi davam etdiririk”, – Serqo Çixladze bəyan etdi.
Gürcüstan Parlamenti 51 müxalifətçi deputatın deputat səlahiyyətinin dayandrılması barəsində cari həftə müzakirə aparacaq. 51 müxalifətçi deputatın məsələsi 2 fevral plenar iclasında müzakirə olunacaq və səsə qoyulacaq. Halbuki, onaq qədər “Gürcü Arzusu” fraksiyasında iclas keçiriləcək. Burada hakim komanda öz mövqeyini formalaşdıracaq – azad səsvermə keçirilsin yoxsa “Gürcü Arzusu” səsvermədə komanda mövqeyi ilə tıqdim olunsun.