Serqo Çixladze - plebisit güzəştli variantlardan biri idi, lakin bugünki reallıqdan irəli gələrək, müxalifət tərəfindən hansısa güzəştlərdən söhbəti həddindən artıq yersiz hesab edirəm
Serqo Çixladze - plebisit güzəştli variantlardan biri idi, lakin bugünki reallıqdan irəli gələrək, müxalifət tərəfindən hansısa güzəştlərdən söhbəti həddindən artıq yersiz hesab edirəm

Mamuka Mdinardzenin bəyanatı nöbvəti qeyr-adekvat, reallıqdan uzaqlaşmış bəyanatdır. Danışıqlara güzəştli təkliflə kim getməlidisə, bu “Gürcü Arzusudur”, biz güzəştli təklifləri onlardan gözləyirik, – bu barədə “Strategiya Ağmaşenebelinin” üzvü, Serqo Çixladze bəyan etdi.

Onun dediyinə görə, plebisitin keçirilməsi güzəştli variantlardan biridir.

“Bizim təklifimiz heç nə olmayacaq, bizim təklifimiz Avropa İttifaqı prezidenti ilə razılaşdırdığımız altı maddə olacaq. Bizim təklifimiz budur, bunun üzərində, o cümlədən üzdəniraq baş nazir Ğaribaşvili də razılaşdı. Bunun üzərində danışacağıq və ya bu danışıqlar baş tutmayacaq. “Gürcü Arzusu” və hakimiyyət elə durumda deyil ki, kimləsə qırmızı xəttlərlə söhbət etsin. Bu qırmızı xəttləri unutmasalar özlərinə pis qayıdacaq. Plebisit güzəştli variantlardan biri idi, lakin bugünki reallıqdan irəli gələrək, müxalifət tərəfindən hansısa güzəştlərdən söhbəti həddindən artıq yersiz hesab edirəm. Danışıqlara güzəştli təkliflə kim gedəsidisə, bu “Gürcü Arzusudur”, biz güzəştli təklifləri onlardan gözləyirik. Bizim güzəştli təkliflərimiz artıq tükənib”, – Çixladze bəyan etdi.