Serqo Çixladze - yaxın iki-üç gün danışıqlarda həlledici olacaq, "Strategiya Ağmaşenebeli" böyük ümidlər bəsləyir
Serqo Çixladze - yaxın iki-üç gün danışıqlarda həlledici olacaq, "Strategiya Ağmaşenebeli" böyük ümidlər bəsləyir

Yaxın iki-üç gün danışıqlarda həlledici olacaq, “Strategiya Ağmaşenebeli” böyük ümidlər bəsləyir, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının üzvü, Serqo Çixladze Avropa Şurasının prezidenti, Şarl Mişelin Gürcüstana şəxsi nümayəndəsininin səfəri ilə bağlı bəyan etdi.

Çixladze ümidvar olduğunu ifadə edir ki, Kristian Danielsonun iştirakı ilə keçirilən danışıqlar uğurlu olacaq.

“Çox önəmli görüş üçün hazırlaşırıq. Yaxın iki-üç gün danışıqlarda həlledici olacaq. Gürcüstana Avropa İttifaqının nümayəndəsi gəlir. “Strategiya Ağmaşenebeli” böyük ümidlər bəsləyir və biraz optimizm də ifadə edirik ki, danışıqlar kifayət qədər uğurlu olacaq. Böyük ümidim var, 16 martda Gürcüstandan Brüsselə qayıdan nümayəndə heyəti, hələ ötən həftə cənab Şarl Mişelin müəyyən etdiyi altı maddəli kifayət qədər maraqlı eskiz aparacaq. Şarl Mişelin nümayəndəsinin gəlişini hətta gözləyirdik, bu gözlənilməz deyildi. Ona görə ki, moderator rolunu üzərinə götürdü. Bilavasitə nümayəndə gəlir və “Gürcü Arzusu” görüşdən imtina edə bilməz”, – Çixladze bəyan etdi.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir. Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi.