Şərqi Çin dənizində yanan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub.
Bu barədə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.
Onun sözlərinə görə, heyət üzvləri tankerin Hong Kongun CF CRISTAL gəmisi ilə toqquşmasından sonra ilk saatlarda həlak olub.
O əlavə edib ki, baş vermiş yanğını söndürərək İran dənizçilərini xilas etmək cəhdləri davam edən partlayışlara görə müvəffəqiyətsiz olub.
Tanker 136 min ton İran neftini daşıyırdı.