Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Görüşdə Gürcüstan və Qırğızıstan arasında mövcud dostluq münasibətləri qeyd olunub.
Tərəflər ikitərəfli münasibətləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı Orta Dəhlizin potensialından tam istifadə edilməsinin üstünlüklərinə diqqət yetirilib. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Anakliya dərin dəniz limanı kimi strateji əhəmiyyətli layihələr müzakirə olunub.
Müvafiq qanunvericilik bazasının formalaşdırılması məqsədilə parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş Şalva Papuaşvilinin Qırğızıstan Respublikasına rəsmi səfəri çərçivəsində baş tutub. Gürcüstanın parlament nümayəndə heyətinə Parlament sədrinin müavini İlia İncia, Prosedur məsələləri komitəsinin sədri və Gürcüstan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Davit Matikaşvili, Kənd Təsərrüfatı Komitəsinin sədr müavini Davit Şerazadişvili, eləcə də parlament üzvü və Gürcüstan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Çkoniya daxildir.